Luqansklı separatçı Putini tənqid etdi – Məqaləsi silindibackend

Luqansklı separatçı Putini tənqid etdi – Məqaləsi silindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Roskomnadzor 2014-cü ildən “LXR”nin Xalq Milisi”ndə xidmət edən, dronlara və rabitə sistemlərinə qulluq edən moskvalı bloger Andrey Morozovun (“LiveJournal”da dərc olunub) məqaləsini silib.
TİA.AZ bizim.media-ya istinadən xəbər verir ki, bu barədə informasiyanı “The Insider” nəşri yayıb.
Morozov “Xüsusi hərbi əməliyyatın yarım ili” adlı məqalə yazıb, ümumi səfərbərliyin zəruriliyindən danışıb, Rusiya rəhbərliyini (Putin nəzərdə tutulur) tənqid edib. Ancaq “xüsusi əməliyyatın” ləngidiyini söyləyən Sergey Şoyqunun adını çəkməyib.
Luqansk separatçısının fikrincə, Rusiya “yaz aylarında böyük mühasirə əməliyyatları keçirən zaman bütün qüvvələrini itirib”.
O, qeyd edir ki, ən təcrübəli zabitlər Mariupolun tutulması zamanı həlak olublar. Bloger, həmçinin Rusiya komandanlığının yeni bölmələrinin “sıfırdan” formalaşmasını tənqid edib.