Luqansk separatçılarının rəhbərlərindən biri həbs edildi – “Mişa Çeçen” öldürüldübackend

Luqansk separatçılarının rəhbərlərindən biri həbs edildi – “Mişa Çeçen” öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) qondarma Luqansk Xalq Respublikasının “daxili işlər naziri”, “general mayor” İqor Korneti həbs edib.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, İqor Kornet hazırda Rusiya FTX-nin Rostov-na-Dondakı istintaq təcridxanasında saxlanılır.
“General mayor”un həbsi qondarma respublikanın “siyasi rəhbərliyi” və “güc strukturlarında” kəskin etirazla qarşılanıb. “LXR”ın başçısı Leonid Paseçnik onun sərbəst buraxılması istiqamətində fəaliyyət göstərir.
Həbsin səbəbi barədə məlumat yayılmayıb.
Bundan başqa, Ukrayna Silahlı Qüvvələri aprelin 19-da Luqansk separatçılarının silahlı dəstələrinin rəhbərlərindən biri, “Mişa Çeçen” ləqəbi ilə tanınan “polkovnik-leytenant” Mixail Kişşiki məhv edib. Bildirilib ki, o, Luqansk vilayətinin Kremennoy şəhəri yaxınlığındakı döyüşlərdə öldürülüb.