Lüksemburqa da uduzduqbackend

Lüksemburqa da uduzduq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün millimiz DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirib.

TİA.AZ xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi komanda A qrupundakı 3-cü matçını səfərdə Lüksemburqa qarşı keçirib. Qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın yeganə qolunu 67-ci dəqiqədə Emin Mahmudov vurub.

Bu nəticədən sonra Lüksemburq 6 xalla 3-cü pillədəki mövqeyini qoruyub. 0 xalı olan Azərbaycan isə sonuncu yerdə qərarlaşıb.

Bu qrupun digər matçında isə Portuqaliya doğma meydanda irlandları qəbul edib. Kriştiano Ronaldonun komandası bu görüşdə 2:1 hesablı qələbəyə sevinib. Portuqaliya millisinin hər iki qolunu da məhz Ronaldo vurub.