Lüks avtomobil “saxla” əmri verən polisi vurdu – 10 OO 018backend

Lüks avtomobil “saxla” əmri verən polisi vurdu – 10 OO 018

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hacıqabul rayonunda sürücü polisin “saxla” əmrinə tabe olmayaraq postdan qaçıb.

Avtosfer.az-ın məlumatına görə Baş Dövlət Yol Polisi İdarəsinin sözcüsü, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə bu gün günorta saatlarında baş verib.

Karantin rejiminə görə magistral yolda qurulmuş postda sürücüyə “Saxla” əmri verilsə də, o, tabe olmayaraq postdan uzaqlaşıb. Bu zaman ərazidə xidmət aparan Post Patrul Xidmətinin əməkdaşını vurub.

İlkin məlumata görə, xəstəxanaya yerləşdirilən polis əməkdaşının qolu sınıb. K. Əliyev bildirib ki, ərazidən uzaqlaşan sürücü növbəti postda saxlanılaraq Hacıqabul Rayon Polis Şöbəsinə təhvil verilib.

***

Bu gün saat 12 radələrində Bakı-Qazax avtomagistralının Hacıqabul rayonundan keçən hissəsində xüsusi karantin rejimi ilə əlaqədar polis tərəfindən qurulmuş postda insident baş verib.

TİA.AZ Publika.az-a istinadən xəbər verir ki, Qazax istiqamətində hərəkət edən “Mercedes S Class 500” markalı lüks avtomobil polisin “saxla” əmrinə tabe olmayıb.

10-00-018 dövlət nömrə nişanlı lüks avtomobil sürətlə hərəkət edərək, onu saxlamağa çalışan polisi vurub.

Polis serjantı dərhal həmkarlarının köməyi ilə xəstəxanaya aparılıb.

Əraziyə post-patrul xidməti əməkdaşları cəlb edilib və hadisəni törədən sürücü saxlanılıb.