Lüks avtomobil ər-arvadı vurub öldürdü – Bakıda dəhşətli qəzabackend

Lüks avtomobil ər-arvadı vurub öldürdü – Bakıda dəhşətli qəza

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu Mərdəkan şosesi istiqamətində yolda qeydə alınıb.
Bakı şəhər sakini Rövşən Əsgərov idarə etdiyi “Jeep Grand Cherokee” markalı avtomobillə yolda hərəkət edən zaman piyadalar üçün nəzərdə tutulmayan yoldan keçən 1961-ci il təvəllüdlü Möhtərəm Kazımova və onun həyat yoldaşı, 1957-ci il təvəllüdlü Zahid Kazımovu vurub.
Nəticədə piyadalar aldığı xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi başlanılıb.