Tribuna İnformasiya Agentliyi

Lukaşenko Azərbaycana gələcək

02 Noyabr

Belarus prezidenti Alkesandr Lukaşenko noyabr ayının sonlarında Azərbaycana səfərə gələcək.

TİA.AZ `İnterfax`-a istinadən xəbər verir. 

Belarus prezidenti Alkesandr Lukaşenko noyabr ayının sonlarında Azərbaycana səfərə gələcək.

TİA.AZ `İnterfax`-a istinadən xəbər verir.

Səfər zamanı ikitərəfli əlaqələrin genişlənməsinə yönəlmiş bir sıra sənədlərin imzalanması da gözlənilir.

Xatrıladaq ki, bir neçə gün əvvəl Aleksandr Lukaşenko baş nazirinin müavini Yaqub Eyyubovla Minskdə görüşü zamanı Azərbaycan prezidenti ilə noyabrın 28-29-da görüşəcəyini bildirmişdi: “Mən dostumla 28-29 noyabr tarixlərində görüşmək barədə razılığa gəlmişəm”.