Lukaşenkoya qarşı etirazlar genişlənirbackend

Lukaşenkoya qarşı etirazlar genişlənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Belarusda 9 avqusta təyin edilmiş prezident seçkiləri ilə bağlı kütləvi ajiotaj yaranıb.
Moderator.az xəbər verir ki, siyasi rəqiblərini müxtəlif vasitələrlə sıradan çıxarmaq istəyən prezident Aleksandr Lukaşenko xalqın etirazı ilə qarşılaşıb.
Minlərlə insanın Minskdəki dinc mitinqlərinə artıq xarici ölkələrdə yaşayan belaruslu vətəndaşlar da dəstək nümayiş etdirirlər. Belarus müxalifətinin çağırışına cavab olaraq onların səsinə səs verənlər xaricdə Lukaşenko diktaturası əleyhinə şüarlarla meydanlara axışırlar. Lukaşenko rejiminin əleyhdarları ölkədə siyasi repressiyaya son qoyulması, bankir Viktor Babariko ilə bloqqer Sergey Tixanovskinin azadlığa buraxılması tələbi ilə iyunun 19-dan Berlində, Kiyevdə, Haaqada, Moskvada, Varşavada, Nyu-Yorkda və San-Fransiskoda dinc aksiyalar keçirməkdədirlər.
Mitinqçilər növbəti dəfə iyunun 21-də toplanaraq sona qədər diktatorla mübarizə aparacaqlarını bəyan ediblər.
Xatırladaq ki, 6-cı dəfə prezidentliyə namizədliyini irəli sürən Aleksandr Lukaşenko yenə qalib gələcəyini bəyan edib.