Lukaşenkodan şok: “Hər il Moskva qarşısında diz çökmək istəmirəm”backend

Lukaşenkodan şok: “Hər il Moskva qarşısında diz çökmək istəmirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Belarusiya Prezidenti Aleksandr Lukaşenko istəmir ki, ölkəsi hər il Rusiyadan neft xahiş etsin, buna görə də Rusiyadan baha da olsa, digər ölkələrdən xam neft almağa davam edəcək.
Qaynarinfo xəbər verir ki, bu haqda Belarus lideri Svetloqorsk Mərkəzi Nəzarət Komissiyasının kollektivi ilə görüşündə deyib.
Onun sözlərinə görə, respublika “qara qızıl” alışını şaxələndirməyə davam edəcək.
Öz mövqeyini əsaslandıran Lukaşenko xatırladıb ki, fevralın 7-də Soçidəki danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putinin Belarus tərəfinin digər ölkələrdən neft almağa davam edəcəyinə şübhə ilə yanaşıb. “Rus neftindən baha olduğu halda siz niyə belə edəcəksəniz ki?” – Putin soruşub.
Belarus lideri belə izah edib: “Hər il 31 dekabrda diz çökməmək üçün. Bu, belə olmamalıdır və olmayacaq da…”
O, respublikanın Rusiya neft şirkətlərinə mükafat ödəmək niyyətində olmadığını vurğulayıb və deyib ki: “Hələ üstəlik onlar nefti də bizə dünya qiymətinə çatdırırlar. Biz ucuz neft xahiş etmirik. Nefti dünya qiymətinə alacaq və onu özümüz emal edəcəyik”.
Xatırladaq ki, bu həftənin əvvəlində Belneftekhim Qazaxıstanda KPO, NCOC, TOTAL, Tengizchevroil şirkətləri ilə neft tədarükü ilə bağlı danışıqlar apardığı məlum olub. Qazaxıstanın Energetika naziri Nurlan Noqaevin jurnalistlərə dediyi kimi, nazirliyin məsuliyyətinə Qazaxıstandan Belarusa neftin tədarükü ilə bağlı müqavilənin imzalanması daxildir, bu sənəd hazırda dövlət orqanları tərəfindən təsdiqlənir.