Tribuna İnformasiya Agentliyi

Lukaşenkodan “Miss Belarus”a ağılasığmaz təklif: “Maşenka, bura gəl, mənim balam…”

12 İyul
Moderator.az “Sputnik Belarus”-a istinadən xəbər verir ki, Belarusun prezidenti Aleksandr Lukaşenko Mogilyov vilayətində “Rodina” kolxozuna baş çəkərkən “Miss Belarus-2018”müsabiqəsinin qalibi olmuş Mariya Vasileviçə bu müəssisədə işləməyi təklif edib.
Kolxoz ərazisindəki muzeyə birlikdə gedərkən Lukaşenko “Miss Belarus”a  kolxoz sədrinin stolu arxasında oturmağı təklif edib.
“Maşenka, bura gəl, mənim balam. Gəl də, baxaq görək, sən “Kupalada” necə görsənəcəksən…( Yanka Kupala adına dövlət teatrının səhnəsi nəzərdə tutulur-tərcümə) Hesablarda hesablayacaqsan. Yoxsa Sizə bunu öyrətməyiblər?”-Lukaşenko soruşub
Mariya prezidentin təklifinə müsbət yanaşıb. O deyib ki,  ikiillik model müqaviləsinə görə kolxozda  indi  işləyə bilməz, amma müqavilənin müddəti bitəndən sonra vəzifəsinin başına keçə bilər.