LUKAŞENKO “SƏLİB YÜRÜŞÜ”NƏ BAŞLADI: MİTİNQDƏ İŞTİRAK EDƏN MÜƏLLİMLƏR VƏ HƏKİMLƏRİ İŞDƏN ÇIXARIRLARbackend

LUKAŞENKO “SƏLİB YÜRÜŞÜ”NƏ BAŞLADI: MİTİNQDƏ İŞTİRAK EDƏN MÜƏLLİMLƏR VƏ HƏKİMLƏRİ İŞDƏN ÇIXARIRLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Belarusun qeyri-legitim prezidenti Aleksandr Lukaşenko mitinqə qatılanları təhdid etməyə başlayıb. Tia.az xəbər verir ki, bu barədə açıqlama yayan Lukaşenko deyib ki, həmin aksiyalara qatılan müəllimlərin işdən çıxarılması barədə göstəriş verib.
Belə ki, “prezident” Belarusun təhsil naziri İqor Karpenkoya tapşırıb ki, müəllimlərin “günahsız yerə işdən çıxarılması”na diqqət yetirsin və nəzarətinə alsın. “Biz artıq məsələ ilə ciddi şəkildə məşğul olmağa başlamışıq. Mmitinqə qatılmış müəllimlər və həkimlərlə bağlı sərt ölçülər götürəcəyik. Əgər kimsə qarşı tərəfə, o biri düşərgəyə keçibsə, onlarla biz məşğul olmalıyıq və olacayıq”.
Amma Lukaşenkonun ürəyi bununla da soyumayıb. O deyib ki, Belarusda dövlət təhsili, dövlət məktəbi və dövlət ideologiyası mövcuddur. “Əgər bu mövqe ilə kimsə razıdırsa, qalıb işləyə bilər. Kim razı deyilsə, o biri düşərgəyə qoşulubsa, məktəblərdə onlara yer yoxdur. Bunu birbaşa, açıq və təmiz danışmaq lazımdır”.