Tribuna İnformasiya Agentliyi

Lukaşenko Rusiyanı barbar münasibətdə ittiham etdi

10 Avqust

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya rəhbərliyini Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində öhdəliklərini yerinə yetirməməkdə, barbar münasibətdə və qeyri-sağlam rəqabət şəraiti yaratmaqda ittiham edib.

Bu barədə Oxu.Az BelTA-ya istinadla xəbər verir.

“Biz indi ağır dövr yaşayırıq – rusiyalılar bizə qarşı barbarcasına davranırlar, bunu açıq söyləyirəm”, – Lukaşenko deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi Belarusdan nə isə tələb etdikdə, bunu sanki nökərindən istəyir, halbuki özü, rəqabətsizlik şəraiti yaradaraq, Aİİ çərçivəsində öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır.

O həmçinin qeyd edib ki, Rusiya hökuməti öz növbəsində Qərb ölkələrini rəqabətsiz üstünlük yaratmaqda ittiham edir.