Lukaşenko qalmaqallı Ryanair olayından sonra ilk açıqlamasını verdibackend

Lukaşenko qalmaqallı Ryanair olayından sonra ilk açıqlamasını verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Belarus Prezidenti Aleksandr Lukaşenko 23 maydan bəri Ryanair təyyarəsinin Minsk hava limanına enməsi və müxalifət lideri Roman Protaseviçin həbsi ilə bağlı vəziyyətə ilk dəfə münasibət bildirdi. 
TİA.AZ BELTA-ya istinadla xəbər verir ki, bundan başqa o, millət vəkilləri, Konstitusiya Komissiyası üzvləri və hökumət orqanlarının nümayəndələri ilə görüşdə bir sıra açıqlamalar verib.
Lukaşenko Ryanair təyyarəsində bomba olmasıyla bağlı xəbərin İsveçrədən gəldiyini qeyd edib. “Ekipaj təyyarənin və Vilnüsdəki hava limanının sahibləri ilə məsləhətləşdi, lakin Minskə enməyə qərar verdi. Laynerin bir MiG-29 qırıcısı tərəfindən məcburi yerə enməsi tamamilə yalandır, heyətin və sərnişinlərin silahlı insanlar tərəfindən hava limanında saxlanılması da növbəti uydurmadır”, – deyib və əlavə edib ki, “heyət 7 saat kiminləsə zəngləşib və uçmaq istəməyib”.
“Təyyarədə terrorçu var idi və bunu Belarus sərhədlərindən çox kənarda bilirdilər.  Polşanın IP ünvanlarından “bomba” kaskadının fonunda nə etməyimiz lazım idi?”, – Belarus lideri sual edib. “Qoy Qərb müdafiəçiləri cavab versinlər ki, o iki saxlanılan şəxs hansı xüsusi xidmət orqanlarına çalışıb?” – Lukaşenko Minsk hava limanında nəzarətə alınan Roman Protaseviç və sevgilisi Sofiya Sopeqanı nəzərdə tutaraq əlavər edib.
Onun sözlərinə görə, ölkənin xaricində və içində olan “pis niyyətli şəxslər” Belarusa hücum üsullarını dəyişdiriblər, iğtişaşlar təşkil etməkdən boğma mərhələsinə keçiblər: “Onlar qırmızı xəttlərin çoxunu, sağlam düşüncə və insan əxlaqının sərhədlərini keçiblər”. Lukaşenko ölkə rəhbərliyinin ən sərt tədbirlər gördüyünü qeyd edib və deyib: “Biz neo-nazizm dalğasını beşiyindəcə boğuruq”.
Daha sonra o, “pis niyyətli şəxslərin” baxışlarını Rusiya Federasiyasına yönəldəcəyini istisna etməyib və “O zaman Rusiyaya qarşı hərəkətə keçəcəklər”, – deyib.