Lukaşenko özünü diktator adlandırdıbackend

Lukaşenko özünü diktator adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə BƏƏ-dən olan tanınmış ərəb iş adamı Məhəmməd əl-Abbarı qəbul edib. 
TİA.AZ xəbər verir ki, danışıqlar zamanı, onlar xüsusilə ölkədəki siyasi vəziyyəti müzakirə ediblər.
“Belta”ya görə, tanınmış iş adamı respublikanın ictimai-siyasi quruluşunu müsbət qiymətləndirdiyini deyib. “Bəs siz diktatorun qonağı olduğunuzu hiss etmirsiniz?” – Lukaşenko zarafatla qonağına sual edib. Əl-Əbbar bu zarafata Cənubi Afrika insan haqları və azadlıq mübarizi Nelson Mandelanın bir fikriylə cavab verib:
“Uşaqlarım təhlükəsizlikdədirsə, onlar yaxşı təhsil alırlarsa və gələcəkləriylə bağlı nikbindirlərsə, yaxşı səhiyyə varsa, yaxşı infrastruktur varsa – bu, elə əsl demokratiyadır”, – Abbar deyib.