Tribuna İnformasiya Agentliyi

Lukaşenko göz yaşlarını saxlaya bilmədi (VİDEO)

11 Yanvar
Belarus prezidentinin oğlu Nikolay Lukaşenkonun pianoda ifası atasını kövrəldib. Aleksandr Lukaşenko göz yaşlarına hakim ola bilməyib.
Oxu.az bildirir ki, bu haqda “Komsomolskaya Pravda – Belarus” məlumat yayıb.
Belarus telekanalı ölkə liderinin kiçik oğlunun səhnədə çıxışından fraqmenti yayımlayıb. Yanvarın 9-da Belarusun müxtəlif xadimləri və kollektivlərinə “Mənəvi intibah” və “Belarus İdman Olimpi” mükafatlarının təqdimatı münasibətilə verilən böyük konsertdə 14 yaşlı Kolya səhnəyə çıxıb.
O, vətən mahnısı oxunan zaman pianoda müşayiət edib. Bu zaman kameralar Aleksandr Lukaşenkonu göstərib. Belarus lideri kövrələrək, göz yaşını saxlaya bilməyib.