Lukaşenko bütün hədləri aşdı və Avropa buna necə reaksiya verəcəkbackend

Lukaşenko bütün hədləri aşdı və Avropa buna necə reaksiya verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə hallarda deyirlər: bütün hədləri aşdı. Mayın 23-də İrlandiya aviaşirkətinə məxsus mülki təyyarə yalan yolu ilə və zorla Belarus Hərbi Hava Qüvvələri qırıcılarının müşayiətilə Minskə endirilib. Sərnişinlər yoxlanılıb, bu reyslə uçan Roman Protaseviç – Belarusda ekstremist kimi tanınmış Nexta teleqram-kanalının keçmiş rəhbəri salondan çıxarılıb. Təyyarə beş saatdan sonra iki sərnişin olmadan uçuşu davam etdirib. Protaseviç payızdakı kütləvi etirazlara rəhbərlik etdiyinə görə və ölkə Cinayət Məcəlləsinin digər maddələrilə Belarus məhkəməsi tərəfindən 15 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Azərbaycanda oxunan Rusiya mediası sərnişin təyyarəsinə və belaruslu mühacirə qarşı zorakılığın qanuniliyi barədə mülahizə yürüdür. Azərbaycanda hakimiyyət Protaseviç və təyyarə səbəbindən Lukaşenko ilə pozuluşmaq niyyətində deyil. Ukraynada dövlət səviyyəsində sərt reaksiya verilib. Avropanın demokratik ölkələrində ya Belarus xalqına qarşı, ya da Lukaşenkoya qarşı məqsədli sanksiyaların mümkünlüyünü sönük müzakirə edirlər. Bir neçə aviaşirkət Belarus Respublikasının hava məkanından yan keçməklə uçur.

İsveçdə yaşayan yazıçı, radioprodüser, “Ekspressen” qəzetinin mədəniyyət şöbəsinin köşə yazarı Dmitri Plaks Belarusda anadan olub və böyüyüb. Məndən xahiş etdi ki, onun Vətənini Rusiyada yazıldığı kimi “Belorusiya” yox, “Belarus” adlandırım. Belə ki, birinci adla sovet respublikası SSRİ ilə birlikdə yox olub. O vaxtdan ölkə Belarus Respublikası adlanır.

O, Turan-ın suallarını cavablandırıb.

– Belarusdakı hadisələri diqqətlə izləyirik. Həmçinin 2020-ci ilin payızında Belarus Nexta saytının apardığı etiraz aksiyalarını maraqla izlədik. Hadisələr səngiyəndə inqilab “yatırıldı” deməyə başladılar. Bu o deməkdirmi ki, ölkə xalqı bütövlükdə prezident Lukaşenkonu dəstəklədi? İnqilabçılar plan və hesablamalarda səhv ediblər?

Дмитрий Плакс – Yox, demək deyil və etiraz, ümumiyyətlə, yatırılmadı, sadəcə, başqa forma aldı. Heç kim inqilabçı deyildi, çünki etiraz spontan idi, onu heç kim planlaşdırmamışdı. Ona görə də hesablama da yox idi.

– Necə düşünürsünüz, Lukaşenkonun müxalifətyönlü hərəkatla haqq-hesab çəkməsində Avropa günahkardırmı? Avropa Nexta hərəkatına dəstəkdə qətiyyətlilik göstərməməkdə günahkardırmı?

– Avropa dağınıqdır, vahid siyasi cəbhə yox idi. Etiraz, o cümlədən payız kütləvi nümayişləri spontan oldu,  buna görə də Avropanın gözlənilməz hadisələrə hansısa koordinasiya edilmiş şəkildə reaksiya verməsini gözləmək düzgün deyil. Amma, əlbəttə ki, Avropa strukturlarının ləng və qətiyyətsizliyi rejimin xeyrinə idi.

– Bəs əhali nə istəyir? Kənd və şəhər sakinləri? Lukaşenkoya əhalinin kütləvi dəstəyi barədə RosTV-də deyilənlər doğrudurmu? Ukraynalı və belaruslular arasında kardinal, mental-milli fərq varmı? Axı Moskva təbliğatı məhz buna təkan verir, deyirlər ki, belaruslular əsasən Rusiyapərəst partizanlardır, ukraynalılar isə hər zaman Banderaçılar olublar və onlardan başqa nə gözləmək olar? Belə çıxır ki, Belarusda böyük siyasi demokratik partiyalara malik olan etiraz hərəkatına Polşadan oğlanlar rəhbərlik ediblər? Bu, partiyanın zəifliyindən, təcrübənin olmamasından xəbər verir, yoxsa yenə xalq “günahkardır”?

– Mənə elə gəlir ki, belaruslular azadlıq istəyirlər, xalq boğucu, repressiv “sabitlik”dən bezib. Rus təbliğatının keçidlərini şərh etməyin böyük anlamı yoxdur. Digər xalqlar bir-birindən ümumilikdə öz mədəniyyətləri ilə fərqləndikləri kimi, belaruslular da öz  mədəniyyətləri ilə fərqlənirlər.

Etiraz hərəkatının fərqinə gəlincə, Belarus etirazı sırf dinc xarakter daşıyır. Hakimiyyət ardıcıl olaraq etirazçıları zorakılığa təhrik etməyə çalışır. Hələlik nəticəsizdir.

Etiraz spontandır, heç kim ona rəhbərlik etməyib. Teleqram kanallarının rolu nəyin baş verməsi barədə məlumatlandırmadan ibarətdir, qalan halda bu, nümayişçilərin özünütəşkilidir. Belarusda nə olursa-olsun ona təsir göstərən partiyalar çoxdan yoxdur, cənab Lukaşenko bunu həll edib.

– Təyyarə hadisəsindən sonra siz Qərbdə, demokratik ölkələrin arasında dəyişiklik, antilukaşenko hərəkatının  konsolidasiyasını görürsünüzmü? Son günlər təyyarə ilə bağlı görünməmiş hadisədən sonra dövlət başçıları həbs edilmiş Protaseviçin azad olunması üçün yeni və səmərəli fəaliyyətə hazır olduqlarını nümayiş etdirirlər? Qərbdən konsolidasiya edilmiş, əsasən də əməli sanksiyalar gözləmək olarmı, yoxsa yenidən Lukaşenko-Putin cütlüyü bunu “əngəlləyə biləcək”? Belarus cəmiyyətinin demokratik düşərgəsində vəziyyət necədir? Baş verənlərdən şok, sarsıntı varmı,  rejimə qarşı birgə hərəkətlərə dair danışıqlar gedirmi?

– Qərbdə heç bir antilukaşenko hərəkatı yoxdur. Avropa siyasətçiləri başlarını Belarusla məşğul etmirlər. Lakin, əlbəttə ki, iş Avropa İttifaqı ölkələri vətəndaşlarının təhlükəsizliyinə gəlincə, vəziyyət dəyişir. Əsasən söhbət Avropada dövlət beynəlxalq terrorizm aktına oxşar hərəkətlərdən gedirsə. İlk reaksiyalar kifayət qədər birmənalıdır, irəlidə nə olacağını bilmirəm, amma təyyarənin ələ keçirilməsi nümayiş etdirdi ki, Belarusda vəziyyət daxili siyasi münaqişə çərçivəsindən kənara çıxır.

Belarusluları təəccübləndirmək çətindir, onların şokda olduqlarını düşünmürəm, çox güman ki, sadəcə, köks ötürürlər – daha bir cizgini keçdilər. Cəmiyyət kifayət qədər konsolidasiya edilib, demokratik qüvvələr də, ümumiyyətlə, bir-biri ilə münaqişə etmirlər. Başa düşürlər ki, rejim cizgini keçib və vətəndaş cəmiyyətinin sağ qalması, elə  ümumilikdə ölkənin taleyi “tükdən asılıdır”, – Dmitri Plaks cavablarını tamamlayıb.

2021-ci il mayın 23-də Belarus üzərində uçan xarici sərnişin təyyarəsi Lukaşenkonun şəxsi əmrilə Minsk-2 hava limanına endirilib. Onu xüsusi həyəcanla havaya qaldırılan MiQ-29 hərbi qırıcısı müşayiət edib. Məcburi enmənin rəsmi səbəbi təyyarənin bortunda mina olması barədə məlumatdır. Prezidentin mətbuat xidmətinə yaxın “Pul Pervoqo” teleqram-kanalı bildirib: “Belarus Avropanı müdafiə edib”. Amma məlum olub ki, bomba haqda məlumat yalandır. İstintaq Komitəsi bu fakt üzrə cinayət işi qaldırıb. Belarus xüsusi xidmət orqanlarının hay-küylü aksiyasının finalı xarici təyyarənin bortundakı jurnalist, 2020-ci ilin payızında Lukaşenko hakimiyyətinə qarşı kütləvi etiraz aksiyalarının rəhbərlərindən biri Roman Protaseviçin saxlanması olub