Lukaşenko: Bunu etsəm, belaruslular məni “yeyərlər”backend

Lukaşenko: Bunu etsəm, belaruslular məni “yeyərlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusun suverenliyinin Rusiyaya “qarışma”sına icazə verə bilmərəm, əks halda, qərarın qəbulundan sonra bir il ərzində belaruslular məni “yeyərlər”.

“RİA Novosti”nin məlumatına görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib:

“Bizim öz ölkəmiz var, suveren və müstəqilik. Biz öz əllərimiz və beynimizlə nə bacarırıqsa qazandıq, öz ölkəmizi qururuq. Biz heç bir ölkənin tərkib hissəsi ola bilmərik. Mən sizi sata və hətta qardaş Rusiya da olsa belə, Belarusun “qarışma”sına icazə verə bilmərəm”, – deyə Lukaşenko bildirib.

Lukaşenko, həmçinin, Rusiya Prezidenti Vladimir Putinlə iki il əvvəl görüşü zamanı da bu cür addımı Belarusda heç kimin ata bilməyəcəyini qeyd etdiyini söyləyib.

“Əgər hətta mən bu addımı atsam da, bu cür qərarın qəbulundan sonra bir il ərzində belaruslular məni “yeyərlər”. Birinci prezident olmaq şərəflidir, lakin sonuncu olmaq istəmirəm, – deyə Lukaşenko vurğulayıb.

 

Bulud VPS
9.99 ₼ -dan başlayan qiymətlərlə
* 25 GB SSD Disk Həcmi
* 1 vCore
* 1 GB RAM
* 1TB Trafik
* 1 IPv4 ünvan
Daha geniş məlumat almaq istəyirsinizsə daxil olun: https://hostimul.com/cloud-vps-hosting/