Tribuna İnformasiya Agentliyi

Lukaşenko Belarusun Rusiyanın tərkibinə qatılması haqqında

10 Oktyabr

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın bu ölkədəki yeni səfiri Mixail Babiç ilə görüşüb və ikitərəfli münasibətləri müzakirə edib.

Oxu.Az xəbər verir ki, bununla bağlı BELTA agentliyi məlumat yayıb.

“Bilirsiniz ki, biz müstəqil və suveren dövlətik. Əgər açıq desək, bunu təkcə xalqımızın göstərdiyi səylərlə əldə etməmişik. Rusiyanın ovaxtkı rəhbərliyi də bunu istəyib. İndiki rəhbərlik də həmin kursu davam etdirir.

XXI əsrdə Belarusun Rusiyanın tərkibinə qatılması ilə bağlı danışmaq gülməlidir. Və mən bir dəfə də olsun, bunu Rusiya prezidentinin adından eşitməmişəm”, – Lukaşenko bildirib.

O əlavə edib ki, Belarus xalqı Rusiyaya yaxın tərəfdaş kimi baxır.