Lukaşenko Belarus konstitusiyasını dəyişmək niyyətində olduğunu açıqlayıbbackend

Lukaşenko Belarus konstitusiyasını dəyişmək niyyətində olduğunu açıqlayıb

Belarus Prezidenti Aleksandr Lukaşenko referendum vasitəsi ilə ölkənin konstitusiyasını dəyişmək niyyətində olduğunu açıqlayıb.

TİA.AZ  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə onun seçkiqabağı proqramında bildirilib.

“Belarus dəyişib, biz də dəyişmişik. Ölkənin taleyinə görə məsuliyyəti belarusların öz üzərinə götürməsi açıq-aydındır. Bu məsuliyyətin dərəcəsini xalq özü küçə və meydanlarda deyil, qanun əsasında müəyyənləşdirəcək. Gəlin konstitusiyadan başlayaq”, – o, proqramında yazıb.

A.Lukaşenko düşünür ki, belaruslar ümumxalq müzakirəsi zamanı öz hüquqlarını, azadlıq və vəzifələrini, eləcə də dövlət orqanlarının səlahiyyətlərini müəyyənləşdirəcək.

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçiriləcək. A.Lukaşenko yenidən prezident olmaq üçün 6-cı dəfə namizədliyini irəli sürüb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki