“Lotu Quli”nin qardaşı Moskvada saxlanıldı – TƏFƏRRÜATbackend

“Lotu Quli”nin qardaşı Moskvada saxlanıldı – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Lotu Quli” kimi tanınan mərhum kriminal avtoritet Nadir Səlifovun qardaşı Namiq Bakiniski Moskvanın “Şeremetyova” hava limanında saxlanılıb.

Lent.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Namiq Səlifov hava limanından İstanbul reysi ilə geri qaytarılıb.

Namiqin Rusiya ərazisinə getməyinin məqsədi bəlli deyil. Amma böyük ehtimalla söhbət Yekatrinbruqdakı 4 saylı bazada baş verən hadisələrlə gedir. Çünki bu, Ural və Sibir regionunun meyvə -tərəvəzlə təmin edən bazalardan biridir. Baza uğrunda illərdir ki, “Lotu Quli” və digər mərhum “qanuni oğru” Rövşən Lənkəraniski tərəfdarları arasında mübarizə gedirdi. Hazırda bazaya nəzarət etmək üçün bir neçə klan mübarizə aparır.