“Lotu Quli”ni öldürən öz adamı olubbackend

“Lotu Quli”ni öldürən öz adamı olub

Xəbər verdiyimiz kimi, azərbaycanlı “qanuni oğru” Nadir Səlifov Türkiyənin Antalya şəhərində qətlə yetirilib.

TİA.AZ  “qafqazinfo”-ya istinadən xəbər verir ki, onu başından güllələyərək öldürüb hadisə yerindən qaçan şəxs polis tərəfindən saxlanılıb.

Qatilin kimliyi ilə bağlı rəsmi məlumat olmasa da, Musavat.com-un yaydığı xəbərdə bildirilir ki, bu şəxs “Lotu Quli”nin öz yaxınlığındakı adam, Xan Əhmədlinski ləqəbli kriminal avtoritetdir. Xan son zamanlar Qulinin öz təşəbbüsü ilə onun yaxın əhatəsinə daxil olub.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki