“Lotu Quli” atası Həci Nəriman Səlifovun yanında dəfn ediləcək? – FOTObackend

“Lotu Quli” atası Həci Nəriman Səlifovun yanında dəfn ediləcək? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, “Lotu Quli” ləqəbli azərbaycanlı kriminal avtoritet Nadir Səlifov bu gecə Türkiyənin Antalya şəhərində qətlə yetirilib. Hazırda Nadir Səlifovu tanıyanları maraqlandıran suallardan biri də onun harada dəfn ediləcəyidir.

TİA.AZ  “MediaPost”a istinadla xəbər verir ki, bəzi Kütləvi İnformasiya Vasitələrində Nadir Səlifovun nəşinin doğuluduğu Gürcüstanın Borçalı Mahalı, Başkeçid rayonu, Məmişli kəndində torpağa tapşırılacağı bildirilir. Bəziləri isə Bakıda, Bakıxanov qəsəbəsindəki məzarlıqda atasının yanında dəfn ediləcəyini yazırlar.

Məsələ ilə bağlı “MediaPost”un əməkdaşı araşdırma aparıb. Məlum olub ki, “Lotu Quli”nin atası Həci Nəriman Nadir oğlu Səlifov, babası və nənəsi Bakıda Qaraçuxur qəbiristanlığında dəfn edilib.

Hazırda onun atasının məzarının yanında yer olmadığından Bakıxanov qəsəbəsindəki qəbiristanlıqların birində dəfn ediləcəyi gözlənilir.