“Location”dakı partlayışdan sonra bu gecə klubu da bağlandıbackend

“Location”dakı partlayışdan sonra bu gecə klubu da bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Location” gecə klubunda baş vermiş partlayışdan sonra, obyekti icarəyə götürmüş “Merser Food” MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və onun qardaşı Elşən Səfərova məxsus “The Place” gecə klubu da bağlanıb.
TİA.AZ  “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində yerləşən iaişə obyekti 3 gündür ki, fəaliyyət göstərmir.
Gecə klubunun fəaliyyətinin bərpa olunub-olunmayacağı isə sual olaraq qalıb.
Məlumata görə, “Location”da baş verən partlayışda xəsarət alanlar arasında “The Place”nin əməkdaşları da olub.
Qeyd edək ki, “The Place” ötən ilin martın 10-da fəaliyytə başlayıb. Hazırda Orxan Səfərov “Location”da baş verən partlayışa görə həbs olunan üç nəfərdən biridir.