Tribuna İnformasiya Agentliyi

İlk sınaq imtahanı baş tutmadı – SƏBƏB

25 Mart

“Dövlət İmtahan Mərkəzinin (DİM-TQDK-a) abituriyentlər üçün bu gün səhər saat 9-00-da nəzərdə tutduğu sınaq imtahanı baş tutmadı. Necə deyərlər, ucuz ətin şorbası olmaz”. 

“Dövlət İmtahan Mərkəzinin (DİM-TQDK-a) abituriyentlər üçün bu gün səhər saat 9-00-da nəzərdə tutduğu sınaq imtahanı baş tutmadı. Necə deyərlər, ucuz ətin şorbası olmaz”.

TİA.AZ xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib.

K.Əsədov bildirib ki, Dövlət İmtahan Mərkəzindən verilən açıqlamada sınaq imtahanının baş tutmamasının serverdəki yüklənmə ilə əlaqədar olduğu bildirilib:

“Server yükləndiyindən istifadəçilər sistemə daxil ola bilməyiblər. Bu qədər də qeyri-peşəkarlıq olmaz axı. 10 gün ərzində 2 milyon manat pul qazanıblar, qurduqları serverlərinə bax. Adi kursların saytındakı sınaq imtahanları bunlardan peşəkar səviyyədə hazırlanıb. Hələ qəbul imtahanlarında nə şou-proqramlar olacaq. Bu gün üçün növbəti onlayn sınaq imtahanı 13:00 və 16:00-da olacaq. Onlarda belə problem yaşanmayacağına ümid edirəm”.

Qeyd edək ki, DİM ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün aprel-may aylarında keçiriləcək birinci qəbul imtahanlarında iştirak edən abituriyentləri nəzərə alaraq I-IV ixtisas qrupları üzrə elektron sınaq imtahanları keçirir.

İlk elektron sınaq imtahanında iştirak üçün abituriyentlər martın 21-dən 25-dək Dövlət İmtahan Mərkəzinin imtahan.az saytına daxil olub qeydiyyatdan keçiblər. Elektron sınaq imtahanının martın 25 və 26-da keçirilməsi nəzərdə tutulub. Abituriyentlər qeydiyyat zamanı seçdikləri tarix və saatda imtahan.az saytına daxil olub imtahan verməlidirlər. İmtahan müddəti 3 saatdır.

Birinci elektron sınaq imtahanında iştirak ödənişsizdir və bu imtahanda “Abituriyent” jurnalının 1 saylı buraxılışında qəbul imtahanı fənləri üzrə tərtib edilmiş model test tapşırığı nümunələrindən istifadə olunacaq.
Növbəti elektron sınaq imtahanlarının 1 və 2 aprel tarixlərində keçirilməsi nəzərdə tutulur. Bu imtahanlarda yeni test tapşırığı nümunələrindən istifadə olunacaq və iştirak ödənişlidir (10 manat). Ödənişli elektron sınaq imtahanlarında iştirak etmək üçün qeydiyyat martın 27-dən 31-dək aparılacaq.

Abituriyentlər elektron sınaq imtahanı xidmətindən smart tipli mobil telefon və ya planşet vasitəsilə də istifadə edə bilərlər.

Xatırladaq ki, I-IV ixtisas qrupları üzrə ənənəvi kağız üzərində keçirilən sınaq imtahanları 27 may və 11 iyun tarixlərində keçiriləcək