Tribuna İnformasiya Agentliyi

“Liverpul” və “Barselona” 1/4 finalda – VİDEO

14 Mart
Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Gecə keçirilən iki oyunla sonuncu 1/4 finalçılar da müəyyənləşib.

“Barselona” öz meydanında “Lion”u darmadağın edib. (5:1)

“Liverpul” isə səfərdə “Bavariya”nı məğlub edib. (3:1)

Qeyd edək ki, 1/4 finalda “Liverpul”, “Tottenhem”, “Mançester Yunayted”, “Mançester Siti” (hamısı İngiltərə), İtaliya (“Yuventus”), İspaniya (“Barselona”), Portuqaliya (“Portu”) və Hollandiyadan (“Ayaks”) mübarizə aparacaq.