“Liverpul” 55 milyon avroya oyunçu transfer edirbackend

“Liverpul” 55 milyon avroya oyunçu transfer edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın “Lion” klubunun yarımmüdafiəçisi Nabil Fekir “Liverpul”a transfer oluna bilər.

“Report” xəbər verir ki, bu barədə “The Times” qəzetinin müxbiri Pol Coys məlumat yayıb.

Bildirilir ki, 24 yaşlı oyunçu iyunun 8-də mersisayd klubunda tibbi müayinədən keçəcək. “Lion” yarımmüdafiəçiyə görə 55 milyon avro alacaq. Bonuslarla birgə transferin məbləği 60 mln. avroya qədər arta bilər.

Fekir 2013-cü ildən Fransa klubunun şərəfini qoruyur. Nabil ötən mövsüm Birinci liqada 30 oyunda (28-i əsas heyətdə) iştirak edib, 18 qol vurub və 8 məhsuldar ötürmə edib.