Tribuna İnformasiya Agentliyi

Litvada Rusiya telekanalına qadağa

15 Fevral

Litvanın Radio və Televiziya Komissiyası Rusiyanın “RTR-Planeta” telekanalının yayımının dayandırılması barədə qərar qəbul edib.

Oxu.Az “Diena” nəşrinə istinadən xəbər verir ki, telekanal bir il müddətinə efir hüququndan məhrum olub.

Buna kanalda efirə gedən bir sıra verilişlərdə Litvanın nifrət, ədavətin qızışdırılması və müharibənin təbliğatını qadağan edən maddəsini pozan məlumatların səsləndirilməsi olub.

Komissiyanın üç bu kimi qanun pozuntusu qeydə aldığı bildirilir.