Litva Rusiyanın enerji resurslarından imtina edibbackend

Litva Rusiyanın enerji resurslarından imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukrayna ərazisində apardığı genişmiqyaslı hərbi əməliyyatlar səbəbindən Litva mayın 22-dən etibarən Rusiyadan qaz, neft və elektrik enerjisi alışını dayandırır.

TİA.AZ UNIAN-a istinadən xəbər verir ki, bu barədə yerli “Delfi” xəbər portalı məlumat yayıb“Bu, müharibə şəraitində olan Ukrayna ilə həmrəylik ifadəsidir. İmkan verə bilmərik ki, Rusiyanın hərb maşını bizim pullarımızla maliyyələşsin”, – Litvanın energetika naziri Daynus Kreyvis deyib.

Onun sözlərinə görə görə, sinxronlaşma uğurla başa çatdıqdan sonra ölkə tam enerji müstəqilliyinə nail olacaq, elektrik enerjisinə olan tələbatını isə özünün “yaşıl enerji”si sayəsində ödəyəcək və ixracatçı ölkəyə çevriləcək.

Xatırladaq ki, hazırda Litva ABŞ-dan sıxılmış təbii qaz alır. Elektrik enerjisinə olan tələbat isə daxili istehsal və Aİ ölkələrindən idxal hesabına qarşılanır.