Tribuna İnformasiya Agentliyi

Litva prezidenti Vladimir Putinin inauqurasiyasına dəvət edilməyib

05 May

Litva prezidenti Dalya Qribauskayte və Litvanın Moskvadakı səfiri Remiqiyus Motuzas Rusiya prezidenti Vladimir Putinin mayın 7-də keçiriləcək inauqurasiyasına dəvət edilməyib

Bu barədə “Report” “Izinios” nəşrinə istinadən xəbər verir. Litvanın Prezident Administrasiyasının Mətbuat xidmətindən bu vaxta qədər mərasimə dəvət edilmədikləri bildirilib.
Litva Xarici İşlər Nazirliyindən isə cümə günü işin sonuna qədər Litvanın Moskvadakı səfirliyinə də dəvət gəlmədiyi vurğulanıb. Nazirlikdən qeyd ediblər ki, mərasimdə iştirak edib-etməməklə bağlı qərarı dəvət aldıqdan sonra verəcəklər.