Litva Kalininqrada yaşıl dəhliz açılmasına razılıq vermədibackend

Litva Kalininqrada yaşıl dəhliz açılmasına razılıq vermədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Litva rəsmiləri Kalininqrada tranzit üçün Rusiyaya yaşıl dəhliz açmağa razılıq verməyəcək.
 
Hökumət hesab edir ki, Litva öz ərazisinə bütünlükdə tam nəzarət etməlidir.
Ona görə də prezidentin məsləhərçisi Asta Skaysqirit Kalininqrad əyalətinə yük daşınması üçün nəqliyyat zolağının açılmasına razı olmayacaq.
“Sanksiyalar siyahısında olan yüklərin daşınmasına nəinki qadağa, o cümlədən nəzarət lazımdır.İctimai mənbələrdə kimlərsə yaşıl dəhlizdən danışır, amma biz qətiyyətlə vurğulayırıq: bu mümkün olan deyil. Litvanın ərazisindən keçəcək yüklərə nəzarət etməməsi fikri belə ağla gələ bilməz – deyə o bildirib.
Prezidentin məsləhətçisinin sözlərinə görə, Litva Kalininqrad nəqliyyat daşınması ilə bağlı heç bir müstəqil qərar verməyib.”Litva Avropa sanksiyalarının gözlənilməsinə çalışır, bu Litvanın, Kaliniqradın yox, Avropa Birliyi və Rusiyanın problemidir”.