Tribuna İnformasiya Agentliyi

Litva Gürcüstanın adını dəyişdi

04 May

Bu gündən etibarən Litvada Gürcüstanı “Sakartvelo” adlandıracaqlar.

Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə özünün “Twitter” mikrobloqunda Litvanın xarici işlər naziri Linas Linkyaviçus yazıb.

“Gürcüstanın müstəqilliyinin 100 illiyi ərəfəsində rəsmi qərar qəbul edilib – Litva dilində bu ölkənin adı “Sakartvelo”dur”, – nazir yazıb.

Bu vaxta kimi Litvada Gürcüstanın adı “Gruzija” kimi yazılırdı.