Tribuna İnformasiya Agentliyi

Lissabonda “Eurovision-2018” mahnı müsabiqəsinin rəsmi açılışı olub

07 May

Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision” beynəlxalq mahnı müsabiqəsi rəsmi olaraq start götürüb. APA-nın xəbərinə görə, bu barədə müsabiqənin rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.

 

Məlumata görə, təntənəli açılış mərasimi Lissabonun İncəsənət, memarlıq və texnologiya Muzeyində keçirilib.

 

Bu il müsabiqəyə 43 ölkə qatılıb. “Eurovision-2018”-in birinci yarımfinalı mayın 8-də, ikinci yarımfinalı mayın 10-da, final mərhələsi isə mayın 12-də baş tutacaq.

 

Azərbaycanı müsabiqədə “X my heart” mahnısı ilə Aysel Məmmədova təmsil edir.