Lisey və gimnaziyalara qeydiyyat necə aparılacaq? (RƏSMİ)backend

Lisey və gimnaziyalara qeydiyyat necə aparılacaq? (RƏSMİ)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Təhsil Nazirliyi tabeliyindəki lisey və gimnaziyalara qeydiyyatın aparılma prosedurunu açıqlayıb.
 
Nazirlik qeydiyyatla bağlı məsələyə aydınlıq gətirib:
Təlim dili Azərbaycan dili seçilərsə, ümumi qaydada, digər dildə tədris aparılan bölmə seçilərsə, ilk növbədə uşağın şifahi nitq bacarıqları müsahibə əsasında qiymətləndiriləcək.
Bunun üçün valideyn (qanuni nümayəndə) mayın 20-dən etibarən şəxsi kabinetinə daxil olmalı və öz istəyinə uyğun olaraq təşkil ediləcək müsahibənin formasını (canlı və ya onlayn) seçməlidir.
Övladı müsahibədən uğur qazanmış valideyn “Ərazi üzrə” bölməsini seçib müvafiq liseyə sorğu yerləşdirə bilər. Digər ərazilərdə yaşayan valideynlər (qanuni nümayəndələr) isə elektron sistemdə “Müsabiqə yolu ilə” bölməsini seçərək övladının həmin təhsil müəssisəsinə müsabiqə yolu ilə qəbulu üçün elektron sorğu yerləşdirə bilərlər. Müsabiqələrin iyun ayı ərzində keçirilməsi planlaşdırılır.