Tribuna İnformasiya Agentliyi

Lirə üçün həlledici gün

13 Sentyabr

Bu gün Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Komitəsinin sentyabr iclası keçiriləcək.

Oxu.Az xəbər verir ki, artıq bir neçə gündür bazarlar MB-nın bu iclasında veriləcək qərara köklənib.

Faizlərin 4,25 bənd artırılaraq, 17,75%-dən 22%-ə qaldırılacağı irəli sürülür. Faiz artımından sonra dolların məzənnəsinin 6,50 lirədə sabitləşəcəyi irəli sürülür. Mərkəzi Bankın faiz artımına getməyəcəyi təqdirdə, dolların 7 lirəyə qədər möhkəmlənməsi istisna edilmir.

Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı ilin sonuna lirənin dollara nisbətdə məzənnəsinin 6,59 lirə təşkil edəcəyini açıqlayıb.