Tribuna İnformasiya Agentliyi

Lionel Messi BMT-nin səfiri təyin olunub

10 Aprel

İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Lionel Messi BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) səfiri təyin olunub.

“Report”un məlumatına görə, bunu təşkilatın baş katibi Zurab Pololikaşvili İspaniya La Liqasının XXXI turunda keçirilən “Barselona” – “Leqanes” (3:1) matçından sonra açıqlayıb.

Argentinalı futbolçu yeni vəzifəsi haqqında da danışıb: “Səyahət mənə başqa mədəniyyətləri və cəmiyyətləri araşdırmağa kömək etdi.

BMT-nin Ümumdünya Turizm Təşkilatı turizmin inkişafın bir mənbəyi olmasını istəyir.

Bu işə qoşulduğum üçün çox şadam”.