Tribuna İnformasiya Agentliyi

“Lider”in qalmaqallı verilişi barədə QƏRAR

16 Dekabr

“Lider” telekanalında yayımlanan “Çıxış yolu” verilişinin yayımı dayandırılıb. 

“Lider” telekanalında yayımlanan “Çıxış yolu” verilişinin yayımı dayandırılıb.

TİA.AZ  xəbər verir ki, bu barədə  telekanalın direktor müavini Lamiyyə Ələkbərqız publika.az-a məlumat verib.

L.Ələkbərqızının bunun müvəqqəti hal olduğunu deyib: “Verilişin yayımın dayandırılması müvəqqəti xarakter daşıyır. Nə vaxt yenidən yayımına icazə veriləcəyi bəlli deyil. Bu sadəcə efirdə baş vermiş halla bağlı qəbul edilən bir cəza üsuludur. Canlı yayımda belə hallara yol vermək olmaz. Lakin həmin ifadələri verilişin yaradıcı heyəti yox, qonaqlar səsləndirib. Yaradıcı heyətin heç bir günahı yoxdur. Düzdür, qonaqlara da əvvəldən canlı yayımın şərtləri izah edilir, təəssüf ki, belə hallar yaşana bilir. Lakin efirdə baş vermiş bu hadisə telekanalımızın imicinə zərərdir. Bizim telekanalın efirində belə hallar yolverilməzdir. Çalışırıq ki, yol verilmiş nöqsanları da aradan qaldıraq”.

Qeyd edək ki, ötən gün “Lider” telekanalında yayımlanan “Çıxış yolu” verilişində canlı yayımda telefonla zəng edən qonaq qeyri-etik ifadələr işlətmişdi. Veriliş mətbuatda və sosial şəbəkədə müzakirə mövzusuna çevrilmişdi.