“LİDER TV” SƏHVİ HARDA ETDİ?backend

“LİDER TV” SƏHVİ HARDA ETDİ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.az xəbər verir ki, MTRŞ-nın məlumatına görə, “Lider TV və Radio-Azərbaycan” MMC-nin televiziya və radio yayımının 1 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılması barədə qərar qəbul edilib. Mövzu ilə bağlı TİA.az-a danışan teletənqidçi, əməkdar jurnalist Qulu Məhərrəmli deyib ki, son iki ildə “Lider TV”nin tükəndiyi və özünü dirçəltmək imkanın olmadığı aydın görünürdü:

“Lider televiziyası haqqında danışarkən mütləq şəkildə qeyd etmək lazımdır ki, bu kanal Azərbaycan televiziya tarixində bir çox yeniliklərə imza atıb. “Milyonçu” “Zəif bənd” kimi layihələri ilk dəfə Lider televiziyasında görmüşük. Bundan savayı tarixi şəxsiyyətlərlə bağlı burada çəkilən verliş və sənədli filmlərin televiziya publisistikana müəyyən təsiri olub. Ancaq Liderin televiziya etikasına uyğun olmayan davranışları da az olmayıb.

Xüsusilə də telekanalın “Kuklalar” layihəsi cəmiyyət tərəfindən birmənalı qəbul olunmurdu. Düşünürəm ki, son illərə qədər bütün çatışmazlıqlara rəğmən Liderlə digər telekanallar arasında ciddi bir fərq olmayıb. Son iki ildə isə kanal xeyli zəiflədi. İstər ictimai-siyasi istərsə də bədii verilişlərdə bayağılıq və uyğunsuz aparıcıların təqdimatı kanalın nüfuzuna ciddi zərbə vurdu. Bu da Liderin süqutu ilə nəticələndi. İstənilən halda bu xəbərə təəssüflənirəm.
Aytac Sahəd

TİA.az