“Lider TV” müflis elan edilməsi barədə qərardan şikayət verdibackend

“Lider TV” müflis elan edilməsi barədə qərardan şikayət verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Lider TV və Radio-Azərbaycan” MMC müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib.
TİA.AZ report-a istinadən xəbər verir ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Bakı Kommersiya Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iddiasına əsasən, “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qərar çıxarıb.
“Lider TV və Radio-Azərbaycan” MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində “Lider TV” (1 sentyabr 2000-ci ildən), həmçinin “Radio Lider” fəaliyyət göstərir.