Tribuna İnformasiya Agentliyi

“İlham Əliyevin dəstəyini unutmayacağıq”- XİN rəhbəri

03 Dekabr

“Fətullahçı Terror Təşkilatına qarşı Azərbaycanın apardığı mübarizəni alqışlayırıq” 

“Fətullahçı Terror Təşkilatına qarşı Azərbaycanın apardığı mübarizəni alqışlayırıq”

TİA.AZ -ın xəbərinə görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, FETÖ-nün olduğu bütün ölkələrdə onların planı qiyam həyata keçirmək olub: “Son səfərimdən sonra Türkiyədə çevrilişə cəhd oldu. Biz Azərbaycana, prezident İlham Əliyevə dəstəyinə görə təşəkkür edirik. Biz bunu heç vaxt unutmayacağıq. FETÖ-nün üzünü bir daha gördük. FETÖ-yə qarşı Azərbaycanda həyata keçirilən tədbirləri alqışlayırıq”.

M.Çavuşoğlu vurğulayıb ki, Türkiyə tərəfi olaraq Azərbaycanla əməkdaşlığı daim gücləndirməyə çalışırlar: “TANAP bizim üçün birinci dərəcəli layihədir. Öncə Azərbaycan qazı Türkiyəyə gələcək, daha sonra Avropaya ixrac olunacaq”.