Tribuna İnformasiya Agentliyi

İlham Əliyev İrana səfər edəcək

01 Fevral

Azərbaycan prezidenti İlham Əliyev martın əvvəlində İrana səfər edəcək. 

Azərbaycan prezidenti İlham Əliyev martın əvvəlində İrana səfər edəcək.

Bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə söyləyib.

“Görüş zamanı müqavilələrin imzalanacağı gözlənilir. Hazırda bunun üzərində iş aparılır”, – deyə o bildirib.

Səfir İran, Azərbaycan və Rusiya prezidentlərinin Tehranda üçtərəfli görüşünün keçirilməsi ilə bağlı hazırlıq işlərinin aparılmadığını da deyib. (apa)