Tribuna İnformasiya Agentliyi

lham Dadaşov nazir müşaviri təyin olundu

14 İyun
Ukraynanın Energetika və Kömür Sənayesi Nazirliyinə azərbaycanlı müşavir təyin olunub.
TİA.AZ APA-ya istinadən məlumatına görə, nazir İqor Nasalikin imzaladığı sərəncamla İlham Dadaş oğlu Dadaşovnazirin müşaviri təyin edilib.
1961-ci ildə Azərbaycanın Saatlı rayonunda doğulan İ. Dadaşov 1987-ci ildən Ukraynada yaşayır. O, qeyd olunan sahə üzrə müxtəlif dövlət müəssisələrində çalışıb. İ. Dadaşov biznes fəaliyyəti ilə də məşğul olub, neft-qaz sahəsində bir sıra layihələr həyata keçirib.
Evlidir, 4 övladı var.