“Ləzzət”dən biabırçı addım: “Layk edənə Şuşa torpağı hədiyyə edirik”backend

“Ləzzət”dən biabırçı addım: “Layk edənə Şuşa torpağı hədiyyə edirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl “Ləzzət Group” kulinariya evi sosial şəbəkə hesablarındakı paylaşımı tənqid atəşinə tutulub. Şirkət instaqram səhifəsində “İgidlərimizin addım-addım azad etdiyi, Qarabağın incisi Şuşamızdan gələn torpaq. Bu postumuza rəy yazan və bəyənən ilk 44 izləyicimizə Şuşa torpağı hədiyyə olunacaq” – deyə paylaşım edib.

Teleqraf.com-un əməkdaşı məsələ ilə bağlı şirkətlə əlaqə saxlayıb.

“Ləzzət Group”un sosial media meneceri Aysel Rəsulova bildirib ki, sözügedən paylaşımı izləyicilər xoş qarşılayıblar.

Onun sözlərinə görə, məqsəd vətəndaşların vətən həsrətini dindirmək olub:

“Şuşa torpağını ziyarət edənlər də öz həmkarlarımız olub. Torpağın izləyicilərimizə verilməsində heç bir gümanımız, pis niyyətimiz yoxdur. Məqsəd izləyicilərimizi sevindirmək, pay verməkdir. Torpaqla yanaşı şirkətin şirniyyatlarından da izləyicilərə pay verilib. O torpaqlar hər birimiz üçün müqəddəsdir.

Həmin paylaşıma rəy yazan 44 nəfər arasında olmayan neçə şuşalı izləyicimiz yazaraq bizdən Şuşa torpağı istəyiblər. Biz də o torpaqdan onlara vermişik”.