Tribuna İnformasiya Agentliyi

Leyla Şıxlinskayanın pulunu mənimsəməkdə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı başa çatıb

30 Yanvar

Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın rəhbərlik etdiyi “Leyla Şıxlinskaya” klinikasının külli miqdarda pulunu mənimsəmədə təqsirləndirilən klinikanın sabiq işçiləri – baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva və digərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Dövlət ittihamçısı çıxışa hazır olmadığını deyib və məhkəmədən vaxt istəyib. Növbəti iclasda prokuror təqsirləndirilən şəxslərə cəza istəyəcək.

Proses fevralın 5-dək təxirə salınıb.

Qeyd edək ki, ttiham aktına əsasən, həmin şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunurlar. Ekpertiza rəyinə əsasən, zərərçəkmişə 56 min manat ziyan dəyib.