Leyla Abdullayeva fəaliyyətinə bu ölkədə davam edəcək – YENİ TƏYİNATbackend

Leyla Abdullayeva fəaliyyətinə bu ölkədə davam edəcək – YENİ TƏYİNAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva yeni vəzifədə çalışacaq.

TİA.AZ xəbər verir ki, L.Abdullayeva diplomatik fəaliyyətini Fransada davam etdirəcək. Onun tezliklə həmin ölkədə diplomatik xidmətə başlayacağı gözlənilir.

Məlumata əsasən, qurumda mətbuat katibi vəzifəsi Ayxan Hacızadəyə həvalə edilib. XİN-in yeni sözçüsü bundan öncə Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri vəzifəsində çalışıb. 

Qafqazinfo.az məsələ ilə bağlı Leyla Abdullayeva ilə əlaqə saxlayıb. O, bildirib ki, hazırda işinin başındadır və XİN mətbuat katibi səlahiyyətlərini icra edir.

Xatırladaq ki, Leyla Abdullayeva 2018-ci ildən XİN-in mətbuat katibi vəzifəsini tutur.