Tribuna İnformasiya Agentliyi

Leyla Əliyevanın şeirlər kitabı Londonda nəşr olunub

02 İyul

Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycanın gənc şairi Leyla Əliyevanın “The World Dissolves like a Dream” (“Dünya yuxutək əriyir”) kitabı Londonda işıq üzü görüb

Bu barədə  Tərcümə Mərkəzindən məlumat verilib.
Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilən kitab Böyük Britaniyanın “Hertfordşir Press LTD” nəşriyyatında çap olunub. Kitaba daxil edilən 130 şeiri ingilis dilinə tanınmış ingilis şair və tərcüməçiləri Karolina Valton və Anna Mariya Cekson çeviriblər.
Nəşrin redaktoru Karolina Valtondur.