“Lex” komandası Bakıya gəlir- FOTObackend

“Lex” komandası Bakıya gəlir- FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın “Lex” klubu Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la oyun üçün Bakıya yola düşüb.

Con van den Bromun başçılıq etdiyi kollektiv artıq Polşanı tərk edib.Bakıya uçuşun təxminən 4,5 saat çəkməsi gözlənilir. Bu gün saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda komandanın oyunöncəsi son məşqi olacaq.

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Lex” görüşü saat 20:00-da başlayacaq. Komandalar arasında Poznandakı ik matçda ev sahibləri 1:0 hesablı qələbə qazanıb.