“Lex”in baş məşqçisi: “Qarabağ”a hörmət edirik”backend

“Lex”in baş məşqçisi: “Qarabağ”a hörmət edirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Çempionlar Liqasında zəif rəqib yoxdur. “Qarabağ”a hörmət edirik. Həqiqətən çox yaxşı komandadır. Ötən mövsüm Konfrans Liqasında etdiklərini görmüşük. Eləcə də rəqib bizə hörmətlə yanaşır”.
Bunu Polşa “Lex”inin baş məşqçisi Con van den Brom evdə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat ilk oyunundan öncə mətbuat konfransında deyib.
Qeyd edək ki, iyulun 5-də Poznandakı eyniadlı arenada oynanılacaq “Lex” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.