Lerikdən deputatlığa namizəd Fərid Şahbazlı qapı-qapı seçicilərlə görüşür – FOTOLARbackend

Lerikdən deputatlığa namizəd Fərid Şahbazlı qapı-qapı seçicilərlə görüşür – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizəd Fərid Şahbazlı təbliğat-təşviqat kampaniyasının ilkin mərhələsində qapı-qapı gəzirək seçicilərin təklif, problem və istəklərini dinləyib. İlkin mərhələdə Lerik şəhəri, Günəşli, Hamarmeşə, Piran kəndlərini əhatə edən görüşlərdə namizəd müxtəlif sosial qruplardan olan vətəndaşlarla tək-tək görüşərək, onları narahat edən məsələlər ətrafında geniş müzakirələr aparıb.

F.Şahbazlı qeyd edib ki, gənc namizəd kimi leriklilərin böyük diqqət və dəstəyini hiss edib: “Bütün həmyerlilərimə minnətdaram, onların etimadına layiq olmağa çalışacam. Qarşıda isə bizi daha genişmiqyaslı görüşlər gözləyir”.