Lerikdən deputatlığa namizəd bir gündə 4 kənddə görüş keçirdi-FOTObackend

Lerikdən deputatlığa namizəd bir gündə 4 kənddə görüş keçirdi-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizəd Fərid Şahbazlı  seçicilərlə görüşlərini davam etdirir.Namizəd bir gündə Lerikin Bırkandül, Günəşli, Mondigah, Çayrud kəndlərini əhatə edən,ümumilikdə 4 kəndində seçicilərlə görüşüb.

Tia.az xəbər verir ki,seçicilərlə qapı-qapı,ev-ev görüşən namizəd vətəndaşlarla, onları narahat edən mövzular ətrafında fikir mübadiləsi aparıb. Seçicilər Azərbaycan Prezidentinin apardığı siyasətə dəstək nümayiş etdiriblər.Eyni zamanda seçicilər görüşlərdə onları narahat edən məsələlərlə bağlı təkliflərini səsləndiriblər.Fərid Şahbazlı bildirib ki,millət vəkilinin “qəbul günü” anlayışı olmamalıdır,o hər an seçicilərlə birlikdə olmalıdır.

Fərid Şahbazlı qeyd edib ki,ona millət vəkili kimi etimad göstərilərsə o seçicilərlə dövlət arasında körpü rolunu oynayacaq.Görüşlərdə iştirak edən həm kənd ağsaqqalları,həm də gənclər namizədə dəstək nümayiş etdiblər.

 

 

 


Bulud VPS
9.99 ₼ -dan başlayan qiymətlərlə
* 25 GB SSD Disk Həcmi
* 1 vCore
* 1 GB RAM
* 1TB Trafik
* 1 IPv4 ünvan
Daha geniş məlumat almaq istəyirsinizsə daxil olun: https://hostimul.com/cloud-vps-hosting/