Tribuna İnformasiya Agentliyi

Lerikdə yol tikintisinə pul ayrıldı

01 Noyabr

zərbaycan Prezidenti İlham Əliyev Lerik rayonunun Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Azərbaycan Prezidenti İlham Əliyev Lerik rayonunun Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.


Sərəncamda qeyd olunur ki, otuz min nəfər əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 6,6 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmələri tapşırılıb.