Lerikdə qəzada ölənlərin sayı 8-ə çatdı: Ziyarətdən qayıdırlarmış-VİDEObackend

Lerikdə qəzada ölənlərin sayı 8-ə çatdı: Ziyarətdən qayıdırlarmış-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kim Lənkəran rayonunun Boladı kəndindən Lerik rayonuna ziyarətə gedənlər geri qayıdarkən Lerik rayonunun Günəşli kəndi ərazisində qəzaya düşüblər. Lerik rayonunda  turistləri daşıyan avtobus qəzaya uğraması nəticəsində ölən və yaralananların adları məlum olub.

TİA.AZ-ın məlumatına görə, qəza zamanı xəsarət alanlar Boladi kənd sakinləri: – Səyyadov Səyad Hacıbala oğlu (1959-cu il təvəllüdlü), Kərimova Nazilə Ağəli qızı (1958), Fərəcova Şərafət Ənvər qızı (1959), İbrahimova Əsbət Ağabala qızı (1952), Qurbanova Gülər Məmmədağa qızı (1959), Ağayeva Şəfiqə Rəhim qızı, Səyyadova Zəhra Rəhim qızı (1960), Axundova Lətifə Zaman qızıdır (1953).

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanaya çatdırılıb.

Qəza zamanı 8 nəfər ölüb: Xəlilova Dilarə İslam qızı, Həşimova Sərvər Əhməd qızı, Axundova Saray, Ağayeva Təcrübə, Cəfərova Güldəstə, Rzayeva Səmayə Ağababa qızı, Tahirova Zərintac İslam qızı.

Onların meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lerik rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.